
Alpina atelyesi BMW Alpina B5 Bi-Turbo universalı ilə bağlı video çarx paylaşıb. Görüntülərə əsasən o, Porsche 911 GT3 RS və Mercedes-AMG GT R avtomobillərindən sürətlidir. Şirkət rəsmiləri modeli öz sinfinin ən sürətlisi adlandırırlar. Maksimal sürət 322 km/saatdır. BMW Alpina B5 Bi-Turbo Touring-in kapotu altında 4,4 litrlik 608 at güclü V8 turbomotor qərarlaşıb. Tam ötürücülü xDrive sistemlə təchiz olunan maşının adaptiv asması arxa təkərlərə 2,5 dərəcə bucaq altında dönməyə imkan verir. 0-dan 100-ü yığmaq üçün universala 3,7 saniyə kifayətdir.
- Baxış: 501