• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2336
— 23.05.2019 16:55

Gəncə "Kosa"sını son mənzilə yola saldı

KepezTV Player

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Gəncə Dövlət Kukla Teatrının aparıcı aktyoru, Respublikanın əməkdar artisti Nağəddin Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhumla vida mərasimi, 33 ildir çalışdığı Teatrda keçirilib.52 yaşında dünyadan köçən əməkdar artistlə vidalaşmaqğa uzun illər onunla teatr sahəsində çalışanlarla yanaşı şəhər ictimaiyyətinin nümayəndələri də qatılmışdı.Teatr səhnəsində 100-dən artıq tamaşada yaratdığı yaddaqalan obrazlarla balaca tamaşaçıların qəlbina yol tapan aktyorun oynadığı rollar yerli və beynəlxalq festivallarda mükafatlara layiq görülüb.Nağəddin Məmmədovu hamı daha çox şəhər tədbirlərində gördükləri “Kosa” obrazı ilə tanıyırdı.Respublikanın əməkdar artisti Nağəddin Məmmədov bu dəfə də səhnədən alqışlarla ayrılıb. Aktyor doğulduğu Göygöl rayonunun Tülallar kəndində dəfn edilib. Allah rəhmət eləsin.

Mahirə Haqverdiyeva aktrisa: Nağəddin müəllim yaxşı sənətkar olduğu kimi də yaxşıda ailə başçısı, yaxşı dost idi. Onunla uzun müddət bir yerdə çalışmışam, biz bir ailə kimi olmuşuq. Allah rəhmət eləsin. Onu sevən balaca izləyicilərinə də baş sağlığı verirəm.

Fərmail Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru: Nağəddin Məmmədov işlədiyi müddət ərzində kollektiv özünə hörmət qazanmış, balaca tamaşaçıların hər zaman sevimlisi olmuş, teatrımıza gələn hər bir balaca tamaşaçılar hər zaman onun gülər üzünü, gözəl çöhrəsini görməyə gəlirdilər. Allah rəhmət eləsin.