• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 23.05.2019 12:29

İftar mərasimində 2 ölkənin qardaşlığından danışıldı

KepezTV Player

Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. “On bir ayın sultanı”nda müqəddəs kitabımız olan Qurani Kərim nazil olunub. Ramazan ayında tutulan Oruc isə islamda vacib sayılan 5 əməldən biridir. Bu barədə Türkiyənin Gəncədəki baş konsulluğu, TİKA Bakı layihə koordinatorluğu, Türkiyənin Azərbaycandakı səfirliyinin dini xidmətlər müşavirliyinin birgə təşkilatçılığı ilə İmamzadə kompleksində təşkil etdiyi iftar mərasimində qeyd edilib. Şəhər ictimaiyyəti, şəhid ailələri və aztəminatlı ailələrin dəvət edildiyi mərasimdə vurğulanıb ki, Ramazan ayı insanlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Edilən dualardan sonra təqdim edilən təamlardan dadılıb.