• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3316
— 22.05.2019 20:08

"Mercedes" yük maşınına çırpılıb

KepezTV Player

Şəmkirdə yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes-Benz" markalı minik avtomobili ötmə əməliyyatını yerinə yetirərkən arxadan “Ford” markalı yük maşınına çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, “Mercedes”ə ciddi ziyan dəyib. Qəzanın dəqiqi səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.