• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 22.05.2019 18:50

Gələn ayın qeyri-iş günləri

İyunda şənbə və bazar günləri istisna olmaqla 5 gün qeyri-iş günü olacaq. Gələn ayın 5-i və 6-da Ramazan bayramı, 15-də Milli Qurtuluş Günü, 26-da isə Silahlı Qüvvələr Günü qeyd ediləcək. Milli Qurtuluş Günü şənbəyə təsadüf etdiyindən iyunun 17-si də iş olmayacaq. Beləliklə, bazar günü də nəzərə alınarsa, ardıcıl olaraq iyunun 15, 16 və 17-si ölkədə qeyri-iş günüdür.