• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 22.05.2019 19:10

Gəncə Dövlət Universitetində 1684 gənc Məzun Gününün sevincini yaşayıb

KepezTV Player

Bu il ali təhsil ocağının bakalavr təhsil səviyyəsi üzrə 1386 nəfər, magistr təhsil səviyyəsi üzrə 206 nəfər, əlavə təhsil üzrə 92 nəfər məzunu var. Məzun Günündə tələbələrlə birgə olan rektor Yusif Yusibov tələbələrin universitetin ictimai-siyasi həyatında olduğu kimi semestr imtahanlarında da fəal olduğunu qeyd edib, məzunlara gələcək həyatlarında və dövlət imtahanlarında uğurlar arzulayıb. Tələbələrin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual, mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, ictimai fəallığı üçün universitetdə bütün imkanların olduğu vurğulanıb. Məzunlar öz fəaliyyətləri ilə etimadı doğruldacaqlarına, doğma ali məktəbin adını həmişə uca tutacaqlarına, şərəfini qoruyacaqlarına söz veriblər. Tədbirin sonunda bütün fakültələr üzrə təhsildə əldə etdikləri yüksək nəticələrə, universitetin ictimai həyatında fəal iştiraklarına görə bir qrup tələbəyə “Fəxri fərman”lar, valideynlərinə isə “Təşəkkürnamə” təqdim olunub.

Çinarə Hümbətova - məzun: Çox xoşbəxtəm ki, qərb bölgəsinin ən güclü universitetlərindən biri olan Gəncə Dövlət Universitetini bitirirəm. Mən bu güclü, böyük ailənin bir fərdi olmaqdan qurur duyuram. Bu 4 il müddətində qazandığım bütün biliklərə, bütün fəaliyyətimə görə GDU rəhbərliyinə tarix coğrafiya fakültəsinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Əgər bir müddət əvvəl gücü silah təmsil edirdisə, indi o gücü bilik, qələm təmsil edir. Şükürlər olsun ki, o qələmə mən də sahibəm.

Səməndər İmanov - məzun: Mən bu gün həqiqətən də çox fəxr hissi duyuram ki, GDU-nun məzunuyam. 4 il ərzində bizə təhsil verən müəllim professor heyətinə dərin minnətdarlığımı bildirirəm.

Rəna Kərimova - valideyn: Bu il qızım biologiya kimya fakültəsini bitirib. Bir valideyn kimi çox sevincliyəm. Bütün professor müəllim heyətinə minnətdarlığımı bildirirəm. Bütün tələbələrimizi təbrik edirəm. Həmişə səsləri uca yerlərdən gəlsin.