• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 22.05.2019 19:03

Zibil tutumlarının yerləşdirilməsində yenilik

KepezTV Player

Gəncənin 30 küçə və prospektinə yeni zibil tutumları qoyulub. Yerli istehsal olan 150 ədəd məişət tullantıları üçün dəmir tutumlarla yanaşı kommunal texnika ilə təminat da yaxşılaşdırılır. Şəhərəin təmizliyi üçün 20 texnika da gətiriləcək.
Məişət tullantıları üçün tutumlar Şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyi ilə Gəncə Avtomobil Zavodu arasında əldə edilən razılığa əsasən istehsal edilib. Bir kub həcmi olan bu cür qablardan şəhərə 550 ədəd qoyulması nəzərdə tutulub. Tutumların göy və sarı rəngdə olması şəhərin Kəpəz və Nizami rayonlarının ərazisində yerləşdirilməsini xarakterizə edir.

Sürayə Hüseynova - şəhər sakini: Sağ olsunlar gətirib təzləyiblər. Zibil yerə tökülürdü, pis iyələnirdi indi yaxşıdı.

Fərhad Fərruxov - şəhər sakini: Təkərləri qırılmışdı, içində zibil yandırmışdılar rəngsiz idi. Gəlib rəngləridilər yenə yandırırdılar.İndi rənglidir, çox gözəldir. Sağ olsunlar gətirənlər, əziyyət çəkənlər.

Bundan başqa şəhərə 250 ədəd yarım kubmetrlik məişət qutuları və səkilərdə yerləşdirmək üçün 1000 ədəd kiçik həcmli tutumlar da sifariş edilib. Hazırda şəhərin küçə və prospektlərində 1500-ə yaxın məişət tullantıları üçün qutular əhalinin istifadəsindədir.

Gördüyünüz bu qutular şəhərin küçə və prospektlərindən təmirə ehtiyac olduğu üçün Gəncə şəhər Mənzil Komunal İstehsalat Birliyinin həyətinə gətirilib. Burada birliyin işçiləri tərəfindən bu qutular yenidən təmir olunub yenidən küçə və prospektlərə qoyulacaq.

Həmçinin yaxın vaxtlarda şəhərin təmizliyi üçün Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinə yeni ağır texnikalar da alınacaq.

Elşad Əsgərov - Gəncə Şəhər MKTİB-nin rəis müavini: Yaxın günlərdə Mənzil Komunal İstehsalat Birliyinin rəhbəri Belarusyada olubdu. Avtomobillər üçün sifariş verilibdir. Əlavə bizə su maşınları, zibil daşımaq üçün xüsusi təyinatlı maşınlar, ağacların budanması üçün maşınlar sifariş olunub. Tender keçilib və udulubdur. Gələn ay nəzərdə tutulub ki, bu maşınların hamısı gətiriləcəkdir. Bu şəhər üçün vacib bir məsələdir və bu da öz həlli yolunu tapıdır.

Gəncədə gün ərzində 40-a yaxın ağır texnika ilə məişət tullantıları daşınır.

 

Elnur Vahidoğlu