• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 22.05.2019 19:08

Dayanıqlı inkişafda gənclərin rolu müzakirə edilib

KepezTV Player

Gəncədə Yeni Azərbaycan Partiyasının və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda konfrans keçirilib. Millət vəkillərinin, Nazirlik və Komitələrin, eləcə də Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyinin rəsmilərinin iştirakı ilə baş tutan konfransda ərzaq təhlükəsizliyi, aclıq problemləri, dayanıqlı kənd təsərrüfatının təşviqi, ölkə daxili və ölkə xarici bərabərsizliyin azaldılması kimi məsələlərə toxunulub. Məruzələrdə inkluziv cəmiyyətin təşviqi, dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlıq kimi məsələlərdən də danışılıb. Debat formatında keçirilən tədbirdə gənclər tərəfindən səsləndirilən dayanıqlı inkişafla bağlı çoxsaylı sual və təkliflər təşkilatçılar və dövlət qrumlarının rəsmiləri tərəfindən dinlənilərək cavablandırılıb. Hər bir fəal gəncin dayanıqlı inkişafla bağlı təklif etdiyi layihələrin dövlət tərəfindən dəstəkləndiyi və ümumiyyətlə ölkədə gənclərin inkişafı naminə yaradılan hərtərəfli şərait ölkənin gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilib.