• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 22.05.2019 16:24

Oğurluq edənlər saxlanılıblar

KepezTV Player

Gəncə şəhərində ofislərdən oğurluq edən şəxs tutulub. İbişovun ətrafında Nizami  Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 26-na keçən gecə Gəncə şəhərindəki ofislərin birindən 7000 ABŞ dolları və 200 avro oğurlaması da müəyyən edilib. Bundan başqa, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən martın 13-də rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Tağıyev saxlanılıb. Polis əməkdaşları daha bir faktın üstünü açıblar. Mayın 5-də Kəpəz rayonu ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən su nasosu oğurlamaqda şübhəli bilinən şəhər sakini İbrahimov yaxalanıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 22-dən mayın 2-dək olan müddətdə “İsuzu” və “VAZ-2106” markalı avtomobillərdən akkumulyator, 1 yardımçı təsərrüfatdan məişət əşyaları, 1 həyətyanı sahədən isə velosiped oğurlaması da müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır.