• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 829
— 22.05.2019 15:09

İstixanalarda məhsul bolluğu qiymətlərə təsirsiz ötüşməyib

KepezTV Player

Şəmkirdə istixana şəraitində yetişdirilən tərəvəzin yığımı davam edir. Rusiya bazarlarında məhsullara olan tələbat bir tərəfdən fermerlərin üzünü güldürsə də, digər tərəfdən onları qane etməyən məqam var. Səbəbini sujetdən izləyək.

Şəmkir rayonun müxtəlif kəndilərində istixana şəraitində yetişdirilən pomidor gündəlik olaraq Rusiya bazarlarına daşınır. Hazırda yerli bazarlarda 1 kloqramı 1 manata satılan pomidor Rusiya bazarlarında alıcılara bir qədər baha qiymətə təklif olunur. Bu səbəbdəndə istixana sahibləri məhsullarını xarici bazara çıxrtmağa tələsirlər.

Bəxtiyar Tanırverdiyev – fermer: Bu illəri məhsulumuz boldur. Yığırıq bazara çatdırırıq. Allah hamıya xeyr versin.

Seymur Məmmədov - istixana sahibi: İstixanamız 55 sotdan ibarətdir. 2 ildir bu işlə məşğul oluruq. İstixanamızda hər hektara 150 ton məhsul yığılır. Elə bil 55 sotdan 60-65 ton məhsul çıxır. Düzdür bu il məhsul bol olsa da ancaq bir az qiymətlərlə bağlı narahatlıq var.

Əliyaqublu kəndinin sakinləri də əsas gəlir mənbəyi kimi istixanaları seçiblər. Bu səbəbdən də sözügedən kənddə ilbəil istixanaların ərazisi artmaqdadır.

Turan Qafarov - Əliyaqublu kənd icra nümayəndəsi: Əliyaqublu kəndində 100 hektar istixanamız var. Məhsulumuz bol olduqca Rusiya bazarlarında yaxşı satıldıqca daha da ilbəil artır. Hər il 10 hektar 5 hektar yeni istixanalar salınır.

Ötən il Şəmkirdə 960 hektar sahədə istixana şəraitində tərəvəz məhsulları yetişdirilib. Hektar üzrə orta məhsuldarlıq 140 ton olub. Bu il isə istixana sahələri daha 60 hektar genişləndirilib.

Araz Məmmədov - Şəmkir DAİM-in sektor müdiri: Şəmkir rayonu ərazisində 1020 hektar istixana mövcuddur. Bu günədək 80 min tona yaxın məhsul istehsal olunub. İstehsal olunan məhsulun 70 faizı xarici bazarda 30 faiz isə daxili bazarda satılır. Hal-hazırda yığım davam edir. Yüksək məhsul gözlənilir. Yəni hər hektardan 150-180 ton arası məhsul gözləyirik.

İstər yerli və istərsə də Rusiya bazarlarında Şəmkir pomidoruna tələbatın olması istixanaların genişləndirməsinə əsas yaradan amildir.  

 

Natiq Hüseyn