• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2364
— 22.05.2019 12:22

Xocalı polisi məktəblilərlə görüşüb

KepezTV Player

Narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə deməliyik ki, “ağ ölüm” adlandırılan bu xəstəliyə düçar olanların sayı dünyada durmadan artır. Bu fikirlər Xocalı rayon polis şöbəsi əməkdaşlarının “Narkomaniyaya və erkən nikaha son deyək” mövzusunda keçirdiyi tədbirdə səsləndirilib. Narkomaniya və onun bəşəriyyət üçün törətdiyi təhlükədən, narkomaniyaya qarşı mübarizə yollarından danışılıb. Gələcək nəsli bu xəstəlikdən qorumaq üçün təkcə təhsil müəssisələrində deyil, ailələrdə də ciddi mübarizə aparılmalıdır. Narkomanlığın sərhəd tanımadığı, dinindən, dilindən, irqindən və sosial vəziyyətindən asılı olmayaraq hamı üçün təhlükə yaratdığına diqqət çəkilib. Narkotik maddələrdən istifadənin, eyni zamanda, bir sıra təhlükəli xəstəliklərin də yaranmasına səbəb olduğu vurğulanıb. Şagirdləri marifləndirən polis əməkdaşları onları maraqlandıran sualları da  cavablandırıblar.

 

Natiq Hüseyn