• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 22.05.2019 11:01

Volvo avtomobillər üçün qəza məsləhətçisi xidmətini təklif edir

Volvo mobil tətbiqetməsinə yeni bir xüsusiyyət əlavə edib. Telematik texnologiyasının tətbiq olunduğu bu proqram sayəsində istifadəçilər vasitələri ilə bağlı məlumatları telefonları ilə əldə edə bilirdilər. Hər hansısa qəza zamanı bu proqram vasitəsilə Volvo mərkəzi ilə  birbaşa əlaqə qurmaq mümkündür. Yeni xüsusiyyət sayəsində Volvo istifadəçiləri qəza zamanı müvafiq mərkəzə qoşularaq nə etməli olduqları haqqında məlumat ala bilərlər.

Mobil proqramdan "Qəza Məsləhətçisi" bölməsini seçən vasitə sahibi ilk növbədə vəziyyəti haqqında məlumat verir. Daha sonra operatorun köməyi ilə əlaqə yaradılır. Bu əlaqə sayəsində vasitənin sahibi sistemə qəza ilə bağlı lazımi məlumatları daxil edir. Belə ki, avtomobilin fotosunu, qəzanın necə baş verdiyi haqqında məlumatı və ünvanını birbaşa sığorta şirkətinə göndərir. Vasitə sahibi qəza məsləhətçisinin köməyi ilə ən yaxın təmirçilərə müraciət edə bilər.