• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2260
— 21.05.2019 20:33

Qazaxda satış üçün daşınan ölü heyvan aşkarlanıb

KepezTV Player

Qazax rayonunda diri çəkisi 315 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində Musa Cəfərova məxsus avtomobilin yük yerinə baxış keçiriblər. Daxili orqanları çıxarılmış, ölmüş heyvan cəmdəyi aşkar olunub. İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədi ilə Gəncəyə daşındığı məlum olub. Cəmdəkdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.Faktla bağlı araşdırma davam etdirilir.