• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 21.05.2019 17:34

Dekorativ ağaclara düzgün qulluq

KepezTV Player

Məlumata görə, dekorativ bitkilər hələ 4000 il bundan əvvəl qədim Misirdə yetişdirilməyə başlanılıb. Ölkəmizdə isə əsasən, estetik tələblərin ödənilməsi üçün əkilən dekorativ bitkilərdən park və xiyabanların landşaft dizaynında istifadə edilir. Mütəxəssislər bildirir ki, olduqca yaraşıqlı və gözoxşayan olan bu bitkiləri becərmək heç də asan başa gəlmir. Ölkəmizin iqlimi üçün yad olan bitgilərin hər birinin özünəməxsus xüsusiyyəti var. Bunun üçün onlara göstərilən qulluq da fərqli olmalıdır.

Nizam Ağayev mütəxəssis: Ümumiyyətlə ağaclar da insanlar kimi canlıdırlar. Onlara vaxtlı-vaxtında qulluq etmək lazımdır, yumaq lazımdır. Necə ki, insan özunə baxanda təravətli olur, eləcə də ağaclara vaxtlı-vaxtında diqqət olunmalıdır ki, o da öz təravətini qoruyub saxlasın

Dekorativ ağaclar ölkəmizə əsasən İtaliya, Fransa, Misir və  Türkiyədən, gül kolları isə Hollandiyadan gətirilir. Mütəxəsislərin səyi nəticəsində artıq xaricdən gətirilən bəzi bitgilər yerli tingliklərdə yetişdirilir.

Nizam Ağayev mütəxəssis: Bildiyiniz kimi xaricdən həm ağaclar həm də gül kolları gətiririk. Lakin son illər bir çox növdən olan gülləri yerli tinkliyimizdə yetişdirə bilirik. Bu da həmin güllərin maya dəyərini aşağı salır və nəticədə alıcılar əvvəl baha qiymətə aldıqları gülləri indi yarı qiymətə əldə edə bilirlər.

Mütəxəsislər dekorativ ağaclara hər hansı bir bəzək əşyası kimi yox, təbiətdə var olan canlı kimi yanaşmağı tövsiyyə edir. Çünki onların dəyəri tək qiymətində deyil, həm də verdiyi zövqdədir. Qiymətlərə gəlincə, gül kolları 30 qəpik – 7 manat, dekorativ ağaclar isə 5 - 5000 manat arasında dəyişən qiymətlərə satılır.