• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 21.05.2019 17:19

“Gəncə Kuboku 2019” Mini Futbol Liqası finiş xəttinə yaxınlaşır

KepezTV Player

64 komandanın qatıldığı yarışda indi mübarizəni davam etdirən 4 kollektiv qalıb. Bu 4 komanda da indi yarımfinalda qüvvəsini sınayır. Bu mərhələ iki oyundan ibarətdir. Çempionatda sona qalan komandaların heyətində  vaxtilə “Kəpəz”in və ölkənin digər klubların şərəfini qorumuş veteranlar, həmçinin hazırda aktiv oyunçu statusunda olan futbolçular da yer alıb. Gəncə Kubokunun yekununda mükafatçı yerlərdə qərarlaşan komandalar medal və müxtəlif məbləğdə pul mükafatı, çempionatın qalibi olacaq kollektiv isə həm də kubokla təltif ediləcək. Bundan əlavə, yarışın bombardiri xüsusi kubokla mükafatlandırılacaq.

Azad Rəfi