Gəncədə keçirilən “Əylən Sən-Vaxt Sənindir!” adlı yaz festivalı bu dəfə gənclərin xüsusi bacarlqılarını üzə çıxarmaqla diqqət mərkəzində olub. Gənclər şəhər sakinlərinə mənalı istirahət yaşatmaq üçün müxtəlif əyləncəli oyunlar da təşkil ediblər, inetelektual və maraqlı yarışlar keçirilib. Həmçinin DJ-lərin ifasında müxtəlif janrlarda mahnılar səsləndirib, rəqslər nümayiş etdirilib. Azərbaycan Gənclər Fondunun və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festival başa çatıb.
Hüseynxan Hacızadə "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru:Layihəmiz 5 gün davam etdi. 5 günlük festival çərçivəsində müxtəlif oyunlar, su və rəhg festivalı, talan nümayişləri, həvəsgar müsiqiçilərin nümayişləri oldu. Layihə çərçivəsində gənclər əyləndilər və bu layihəni yaxın gələcəkdə yenidən icra etmək niyyətindəyik.
- Baxış: 549