• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 21.05.2019 17:14

Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzi tərəfindən konfrans təşkil edilib

KepezTV Player

“Azərbaycançılıq idealogiyası və terrorçuluğa qarşı mübarizədə iсtimayyətin rolu” mövzusunda Gəncədə konfrans olub. Ölkəyə daxildən və xaricdən gözlənilən terrora qarşı aparılan mübarizədən söz açılan tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzi tərəfindən təşkil edilib.

Ölkəmizin strateji çoğrafi yerləşəməsi və Ermənistan kimi mənfur qonşumuzun mövcudluğu Azərbaycanda təhlükəsizliklə bağlı məsələni daim gündəmdə saxlayır. Məqsəd isə terrorçuluqla mübarizəni, eləcə də antoterror əməliyyatlarını istənilən şəraitdə və yerdə həyata keçirməkdir. Nəticə etibarı ilə dövlət təhlükəsizlyinin qorunmasına nail olunur, vətəndaşların təhlükəsiz cəmiyyətdə yaşaması təmin edilir. Bu barədə Gəncədə “Azərbaycançılıq idealogiyası və terrorçuluğa qarşı mübarizədə ictimayyətin rolu” mövzusunda keçirilən praktik konfransda danışılıb. Erməni terror təşkilatları tərəfindən Azərbaycanda bu günədək 373 terror hadisəsi törədildiyi və bu hadisələrdən 2 mindən çox vətəndaşın zərər çəkdiyi diqqətə çatdırılıb. Son illərdə Azərbaycanda dini radikal qruplar tərəfindən insanların terrora cəlb edilməsi, onların təhlükəli dini ideoloji daşıyıcılarına çevrilməsinə cəhdlər də diqqət mərkəzində olub.   

Əhməd Əlili  - “Qafqaz” Siyasi Analiz Mərkəzinin direktoru: “Dövlət orqanlarının təhlükəsziliklə bağlı aktiv fəaliyyəti müşahidə olunur. Bunula bağlı içtiamiyyətdən də dəstək lazımdır ki, bu istiqamətdə mübarizə daha uğurlu oldun. İçtimayyətdən gələn dəstək nəticəsində həm regionlarda, həmdə iri şəhərdələrdə radikallaşmağa meyilli olan, insanların öncədən müəyyən olunması və onlara qarşı proflaktik tədbirlərin görülməsi asanlaşdırı. Buda Azərbaycanda mövcud olan stabilliyin, sabitliyin qorunub saxlanılması və onun uzun müddətli olmasına şərait yaradır”

Konfransda Azərbaycan vətəndaşlarının İraq və Suriyada fəaliyyət göstərən terror təşkilatlarına qoşulmaları hallarından da danışılıb. Ststistik rəqəmlərə görə, 1400-ə yaxın Azərbaycan vətəndaşı müxtəlif illərdə bu ölkələrdə gedən döyüşlərə qatılıb. Onlardan 600 nəfərə yaxını öldürülüb,  536 nəfəri itkin düşüb, 156 qadın və 260 uşaq isə həmin ölkələrdə əsirlikdədirlər. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müxtəlif vaxtlarda ölkənin milli təhlükəsziliyinə təhlükə yaradan qruplara və şəxslərə qarşı keçirilən əməliyyatlar barədə də məlumat verilib. Aparılan əməliyyatlar zamanı 17 terror təşkilatında və qruplaşmalarda fəaliyyət göstərən 245 Azərbaycan vətəndaşı həbs olunub və ya zərərsizləşdiriib.

Xaliq Qurbanlı