• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 21.05.2019 14:24

Gəncədə şəhid əsgərin anım tədbiri keçirilib

KepezTV Player

Gəncədə şəhid Şirvani Abutalıbov doğum günündə şəhidlər xiyabanında anılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinin əməkdaşları və şəhidin yaxınları məzarını ziyarət ediblər. Şəhidin yaşadğı ünvanda ailə üzvləri görüşdə şöbə rəisi Elşən Abbasov ölkədə ordu quruculuğundan danışıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının xatirəsinin əziz tutulduğuna diqqət çəkib. Şirvani Abutalıbovun həyat və döyüş yoluna nəzər salınıb. Gəncə Dəmir-Yol Stansiyasında yol montyoru işləyəm gəncin könüllü olaraq Milli Ordu sıralarına yollandığı Füzuli rayonu Xaçaqedi kəndi ətrafında gedən qızğın döyüşlərndə şəhid olduğu xatırlanıb. Şəhid əsgər 2010-cu ildə ölkə prezidenti tərəfindən Hərbi xidmətlərə görə medalı ilə təltif edilib.

Nürayə Daşdəmirova şəhidin xalası: Gözünü açanadan o uşağa çox baxmışam. Çox mərd igid bir oğlan olub. Sonra ermənilərin onu vhəşicəsinə öldürməsi bizi çox sarsıldıb. Heç dözə bilmirəm.

Natiq Hüseyn