• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 21.05.2019 12:24

Saqqız haqqında nələri bilməliyik?

KepezTV Player

Saqqız çeynəmək uşaq ikən ən sevdiyimiz vərdişlərdən idi. Çox insan böyüsə də, bu vərdişdən imtina edə bilmir. Kimi saqqızın faydalı, kimisi isə zərərli  vərdiş olduğunu deyir. Bəs həqiqət nədir?  Saqqız haqqında nələri bilməliyik? Onun müsbət və mənfi cəhətləri hansılardır?

Yeməkdən sonra bir neçə dəqiqə saqqız çeynəmək dişləri qida qalıqlarından təmizləyir, həzm sisteminin işinə kömək edir. Amma hər şeyin ifratı zərərli olduğu kimi, saqqızı həddindən artıq çox çeynəmək də müəyyən problemlər yarada bilər. Bəs sakinlər saqqızın faydası və zərərləri barədə nə düşünürlər?

Faydalı cəhətlərinə rəğmən yazılmamış qanunlara əsasən, böyüklərin yanında saqqız çeynəmək qeyri-etik hesab edilir. Gəlin görək bu məqamla bağlı şəhər sakinlərinin fikirləri necədir?

Araşdırmalar göstərir ki, qida qəbulundan sonra saqqız çeynəmək karies riskini təxminən 40 faiz azaldır. Amma burda bir vacib məqam var. Bu müddət təxminən 20-30 dəqiqə olmalıdır. Bundan sonra isə saqızın zərərli xüsusiyyətləri başlayır. Deməli, bu gün bir daha təsdiqlənən həqiqət budur - hər şey qədərində gözəldir.