• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 21.05.2019 12:31

Aqrar sığortada ABŞ təcrübəsi

KepezTV Player

Kənd təsərrüfatı sığortasında ABŞ təcrübəsi və ölkədə bu sahədə mövcud vəziyyət Azərbaycan Dövlət Aqrar Universitetində tələbə və müəllimlərin iştirakı ilə müzakirə edilib. İnsanları təhlükəsiz qida ilə təmin etmək üçün tədqiqatları genişləndirmək və kənd təsərrüfatının inkişafında ABŞ təcrübəsini öyrənmək bu sahədə təcrübə əldə etmək baxımından əhəmiyyətli hesab edilib. Xüsusilə də aqrar sığorta məsələsində və kooperativlərin yaranmasında xarici mütəxəssislərin fikirlərinin dəyərli olduğu vurğulanıb. ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Duane Voy aqrar sahənin inkişafı və yaradılan şəraitin kənd təsərrüfatında sığorta məsələsini aktuallaşdırdığına diqqət çəkib. Ələxsus da xırda təsərrüfatların bu sahəyə marağını yaratmaq istehsalın itkisiz və ziyansız başa gəlməsinə zəmanət verir. Məsləhət və statistika xidmətlərinin bu işdə fayda verə biləcəyinə toxunan Ayova, Minnesota və Viskonsin ştatları üzrə Risklərin idarə edilməsi Agentliyinin rəhbəri Duane Voy yaxın illərdə Azərbaycanın aqrar sığorta sferasında irəliləyiş əldə edəcəyinə əminliyini ifadə edib. Qonağa Azərbaycanın aqrar sığorta bazarında mövcud vəziyyət və kənd təsərrüfatının inkişafı üçün bu sahədə atılan addımnlar barədə məlumat verilib.