Kubok mayın 19-da Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncəyə gətirilib. Şəhər icra hakimiyyəti binasının önündəki meydançada bayram ab-havasının yaradılması üçün konsert proqramı təşkil olunub. Proqramın açılışı Nağara şounun əyləncəli ritmləri ilə başlayıb. Bundan əlavə, konsertdə caz mahnıları səslənib, DJ musiqilərlə tamaşaçıları əyləndirib. Avropa Liqasının kubokunu yaxından görüb şəkil çəkdirmək istəyən futbol azarkeşləri üçün meydanda şəkil zonası quraşdırılıb. Bundan əlavə, bütün qonaqlara müsabiqələrdə iştirak edərək Bakıda keçiriləcək Avropa Liqasının finalına iki bilet qazanmaq imkanı yaradılıb. Azyaşlı qonaqlar üçün isə müxtəlif əyləncələr təşkil edilib.
Tədbirin maraqlı məqamlarından biri də Avropa Liqasının final oyununun səfiri, Gəncə futbol məktəbinin tanınmış yetirməsi Vəli Qasımovla avtoqraf sessiyası olub. Turnirin həlledici görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 23:00-da başlayacaq.
- Baxış: 678