• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 20.05.2019 16:06

Yaşlı valideynlərin övladlarından maliyyə asılılığı azaldılacaq

KepezTV Player

Azərbaycanda yaşlı valideynlərin uşaqlarından maliyyə asılılığını azaltmaq məqsədilə onlar üçün sosial müdafiə proqramlarının gücləndirilməsi təklif edilir. Təşəbbüs Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb. Təklif ölkəmizdə doğum zamanı cins nisbətinə səbəb olan amillərin aradan qaldırılmasına yönəldilib. Layihədə qeyd edilir ki, yaşlı valideynlərin övladlarından maliyyə asılılığının azaldılması məqsədilə onların iqtisadi vəziyyətinin yaxşılaşdırılması vacibdir. Azərbaycanda isə bu cür asılılıq dedikdə daha çox oğul övladından asılılıq nəzərdə tutulur. Hesab edilir ki, göstərilən səylər daha çox ən yoxsul ailələrə yönəldilməlidir. Çünki maddi çətinlik ailələri iqtisadi dəstək üçün oğul övlada üstünlük verməyə vadar edə bilər. Layihədə tövsiyə edilir ki, yaşlı insanların münasib səhiyyə xidmətləri ilə təmini istiqamətində səylər göstərilməlidir. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının bu il qəbul edilməsi nəzərdə tutulur.