• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 20.05.2019 12:28

Gəncədə “19 May Atatürkü anma, gənclər və idman bayramı”

KepezTV Player

Gəncədə “19 May Atatürkü anma, Gənclər və İdman Bayramı” keçirilib. Türkiyənin Gəncədəki Baş konsulluğu təşkilatçılığı ilə Xan bağındakı Yaşıl teatrda reallaşan tədbirdə baş konsul Zeki Öztürk 19 mayın Türkiyə tarixindəki rolundan danışıb. Bu il Mustafa Kamal Atatürkün Samsunda milli mübarizəyə başlamasının 100-cü ildönümünün qeyd edildiyinə diqqət çəkərək bayramın Azərbaycanda da silsilə tədbirlərlə qeyd edildiyini vurğulayıb. “19 May türk millətinin qurtuluş müjdəçisi və iftixar qaynağıdır. Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə 19 may 1919-cu ildə Samsunda yandırılan istiqlal məşəli Gənclik və İdman Bayramının əsası olub.” - deyən baş konsul bayram mesajında milli mübarizə qəhrəmanları və bütün şəhidlər üçün “Allahdan rəhmət” diləyib, bayramın tarix baxımından oynadığı rolu qabardıb. Bayram tədbirində Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlər Dram Teatrı bədii-musiqili çıxışlar edib, uşaq evi, yaradıcılıq mərkəzinin, idman məktəblərinin nümayəndələri yaddaqalan çıxışları ilə tədbir iştirakçılarına xoş anlar yaşadıblar.