• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 20.05.2019 12:05

Növbəti qəbul imtahanı keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üzrə Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Proses 11 şəhərdə, o cümlədən Gəncədə baş tutub, 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunub. Abituriyentlərə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib. Bu imtahanda abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. II-III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. İmtahanda iştirakı nəzərdə tutulan 35 422 abituriyentdən 14 031-i II qrupu, 21 391 nəfər isə III qrupu seçib. Gəncədə imtahan vermək üçün 3750 nəfər qeydiyyatdan keçib.