• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4563
— 20.05.2019 12:14

Nazir fermerlərin çətinlikləri ilə maraqlanıb

KepezTV Player

Goranboyda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr fermerlərlə görüş keçirilib. 300-dən artıq fermerin qatıldığı görüşdə onların problem və təklifləri dinlənilib.

Goranboy aqrar sahənin taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlığın inkişaf etdirildiyi rayonlardan hesab olunur. Rayonun əsas problemi isə suvarma suyunun çatışmazlığıdır. Bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimovla görüşdə Goranboy fermerləri dilə gətirib. Görüşdə suvarmadakı çətinliklərlə yanaşı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Fermerləri maraqlandıran suallar nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb. Kənd Təsərrüfatı naziri İnam Kərimov aqrar sahədə inkişafın yeni mərhələsinə qədəm qoyulduğu, qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatına yatırılan sərmayənin əhəmiyyətinə toxunub. Ölkədə taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün şəffaf şəkildə subsidiya verildiyi, o cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiqindən söz açılıb.

Vüqar Hüseynov - Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: “Hazırda aqrar fəaliyyətin aktiv mərhələsidir. Taxıl biçini dövrü başlayır, pambıq səpini artıq yekunlaşıb bunula bağlı suvarılma, dərman və gübrə işləri aparılmalıdır. İş olan yerdə çatışmaqlışqlar da olur, bunula bağlı fermerlər ehtiyac duyduqları məsələləri qaldırdı görüşdə. Bu görüşdə nazir tək deyil, aparat nümayəndələri və tabeli qurumların rəhbərləri də iştiak edir. Səsləndirilən məsələlər qeydiyyata götürülür və əksəriyyəti yerindəcə həllini tapır”

Görüşdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerlər məlumatlandırılıb. Aqrar sahədə şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləri də müzakirə olunub.

 

Xaliq Qurbanlı