
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən W Motors şirkəti paytaxt Abu-Dabinin ən qeyri-adi polis maşınının videosunu paylaşıb. Lykan HyperSport hiperkarı iki qapılıdır və asayiş keşikçilərinə 4 il əvvəl istifadəyə verilib. İndi isə onun mövcud olmasını xatırlatmaq qərarına gəliblər. Lykan HyperSport ictimaiyyətə “Forsaj” filminin 7-ci seriyasından tanışdır. O, burada əsas avtomobillərdən biri kimi çıxış edib. Lykan HyperSport Yaxın Şərqdə hazırlanan və istehsal olunan ilk hiperkar sayılır.
- Baxış: 531