• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1635
— 20.05.2019 11:02

2400 at güclü yük maşını drift edir və şinləri yandırır

Hoonigan Daily Transmission YouTube kanalında amerikalı pilot və kaskadyor Mayk Rayanın yarış yük maşının drift görüntüləri yayılıb. Mayk dəfələrlə “Buluda doğru” adlı yarışda iştirak edib. Bu yarışa əsasən maşınlar ABŞ-ın Payks Pik dağına yüksək sürətlə çıxmalıdırlar. Həmin yük avtomobili də müxtəlif modifikasiyada 18 dəfə bu yarışa qatılıb və öz sinfində yeddi rekord qazanıb. O, 2400 at güclü dizel mühərriklə təchiz olunub. Rayanın sözlərinə görə aqreqatın maksimal fırlanma anı 5,4 Nm-dir. Yük daşıyan zaman isə motor bir dəqiqədə təxminən 11 min litr hava istehlak edir. Maşın yarış asması, suyu soyudan tormoz, bütün aqreqatları soyudan sistem və iri antiqanad əldə edib. Maksimal sürət 128 km/saata bərabərdir.