• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 18.05.2019 18:21

Kitab Klubu yubileyini oxucuları ilə qeyd etdi

KepezTV Player

Gəncə Kitab Klubu ilk yubileyini oxucuları ilə birlikdə qeyd edib. 5 ildir fəaliyyət göstərən klubun yaradılmasında əsas məqsəd şəhər sakinlərinin, xüsusilə də gənclərin mütaliəyə olan marağını daim aktual saxlamaq, kitaba, ədədəbiyyata sevgini artırmaqdır. Bu istiqamətdə Gəncə Kitab Klubu fəaliyyəti dövründə bir çox layihələr həyata keçirib. Açıq havada kitab səgrilərinin təşkili, müxtəlif viktorinaların keçirilməsi, gənc yazarlara dəstək kampaniyaları bu qəbildəndir. Hazırda klubun 2000-dən çox üzvü var. Kitab klubu oxucuların nəşrlərə əlçatanlığını təmin etmək üçün şəhərdəki bütün kitabxanalarla sıx əməkdaşlıq edir. Tədbirdə Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin rəsmiləri, fəal gənclər, çoxsaylı oxucular iştirak ediblər.