• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1991
— 18.05.2019 12:36

“Əylən Sən-Vaxt Sənindir!” festivalı davam edir

KepezTV Player

Gəncədə keçirilən “Əylən Sən-Vaxt Sənindir!” adlı yaz festivalı bu dəfə kiçik pikniklər təşkil etməklə diqqət mərkəzində olub. Gənclər şəhər sakinlərinə mənalı istirahət yaşatmaq üçün müxtəlif əyləncəli oyunlar da təşkil ediblər, inetelektual yarışlar keçirilib. Həmçinin musiqiçilərin ifasında müxtəlif  janrlarda mahnılar səsləndirib, rəqslər nümayiş etdirilib. Azərbaycan Gənclər Fondunun və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festival mayın 19-na kimi davam edəcək. Bu gün və sabah keçiriləcək festivlada əsasən musiqili əyləncəli proqramlar təşkili planlaşdırılır.

Şamil Möyləyev layihə rəhbəri: Bundan bir gün əvvəl su oyunları olmuşdu. Daha fərqlilik var idi. Ondan əvvəl isə açılış mərasimi oldu. Bu gün isə tamam fərqli bir çıxışlar olacaq.

Xaliq Bağırov festival iştirakçısı: Bizim şuarımız “Əylən Sən-Vaxt” Sənindir! Yəni gənclərimizin əylənməsi səmərəli vaxt keçirməsi üçün yaxşı fürsət yardılıb. Hər kəsin öz əyləncə tərzi var. Bu gün istəyirik Gəncəmizin gəncləri Azərbaycanımızın gəncləri bacardığı qədər əylənsin.

Natiq Hüseyn