• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 17.05.2019 16:18

Apteki yaranların silsilə oğurluqları üzə çıxdı

KepezTV Player

Gədəbəy polisi oğurluqla məşğul olan dəstəni ifşa edib. Saxlanılanlar təkcə Bakının Sabunçu rayonu əraziisndə 50-ə yaxın ev və mağzanı qarət ediblər. Dırnaqarası qəhrəmanların Gədəbəydə davam edən macəraları isə onlar üçün uğurla nəticələnməyib. İsti izlərlə keçirilən əməliyyat onların ələ keçməsi ilə nəticələnib.

Mayın 7-si gecə saat 2 radələrində Gədəbəy şəhərində fəaliyyət göstərən apteklərin birində oğurluq qeydə alınıb. Qapını sındırma yolu ilə içəri daxil olan qarətçilər 3 min manat nəğd pul ələ keçiriblər.  

Ramin Həsənov - aptek sahibi: Səhər saat 7-də gəldim gördüm qapı sındırılıb. İçəri girib 3 min manat nəğd pulu götürüblər. Dərhal polisə məlumat veridm.

Zərərçəkənin müraciəti əsasında əməliyyat keçirən polis qısa zamanda oğurluğu törədənlərin kimliyini müəyyən edib. Saxlanılanlar Bakı şəhər sakinləri Vadim Səlimov, Simran Şirəliyev, Rəvşin Alıyev və qardaşı 23 yaşlı Rövşən Alıyevdir.  

İbrahim Hüseynov - Gədəbəy RPŞ-nin İstintaq bölməsinin rəisi: Qeyd etdiyim Səlimov Vadim Tofiq oğlunun Alıyev Fariz və Rövşənin cinayət törədərkən istifadə etdikləri maskalar, primitiv tapança, dəmir parçaları və digər maddi sübutlar tərəfimizdən götürülüb.

Araşdırmalar nəticəsində saxlanılanların dəstəyə üzv olan digərləri ilə birgə bu ilin mart, aprel və may ayalarında paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində 30-dan çox mənzil və 15-dən artıq ərzaq mağazasını qarət etdikləri də məlum olub.  

Vadim Səlimov - saxlanılan şəxs: Tapançanı Rövşən almışdı. Qara maskaları da o, almışdı. Amma papaq və digər maskalar mənim olub. Harasa gedəndə başımıza çəkib, girib oranı yarırdıq.

Axtarışlar nəticəsində cinayətdə istifadə edilən maska, əlcək, alışqan və digər əşyalar maddi sübüt olaraq götürülüb. Saxlanılan Rövşən Alıyev Bakıdan Gədəbəyə məhz oğurluq məqəsdi ilə gəldiklərini etdiraf edib. O əvvəlcə Şəmkirdə mağaza qarət etmək istədiklərini sonradan dəstənin başçısı hesab edilən Vadim Səlimovun tövsiyyəsi ilə bu fikirdən daşınıb Gədəbəyə gəldiklərini bildirib. 

Rövşən Alıyev - saxlanılan şəxs: Konkret olaraq Vadim gedib axtarırdı evləri, tapırdı. Görürdü evdə yaşayış yoxdu, gəlib bizə deyirdi filan evdə yaşayış yoxdu. Biz də axşam gedirdik.

Qeyd edilən şəxslərin əməlindən zərər çəkənlərin törətdikləri cinayətləri dəqiq sayı müəyyənləşdirilir.

 

Natiq Hüseyn