• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 17.05.2019 16:06

Gəncədə tələbə və gənclər arasında su festivalı keçirilib

KepezTV Player

Gəncədə ilk dəfə olaraq könüllü tələbə və gənclər arasında su festivalı keçirilib. Festival “Əylən Sən-Vaxt Sənindir!” adlı yaz festivalı çərçivsində reallaşıb. Gəncə şəhər Gənclər Evinin qarşısındakı meydanda baş tutan festivalda gənclər arasında müxtəlif su oyunları eləcə də idman yarışları və digər əyləncəli oyunlar da təşkil edilib. Gənclərin böyük marağına səbəb olan bu oyunlarda qalib komandalara hədiyyələr təqdim edilib. Həmçinin festivalda gənclər öz istedad və bacarıqlarını da nümayiş etdiriblər. Azərbaycan Gənclər Fondunun və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festival mayın 19-na kimi davam edəcək.

Tural Əhmədov - təşkilatçı: Əsasən su oyunlarına üsütünlük veririk. Çünki havalar isinib və fikirləşdik ki, belə oyunların keçirilməsi daha məqsədə uyğun olar. Yaradıcılıqla bağla gənclərin guşəsi var. Guşədə gənclər öz bacarıqların nümayiş etdirirlər.

 

Elnur Vahidoğlu