• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 17.05.2019 16:03

Peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək

KepezTV Player

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklərin edilməsi təklif edilir. Yeni dəyişikliklərə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas müəssisələrinə də müsabiqədənkənar qəbul olunacaqlar. Bundan başqa ölkədə peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək. Bu, "Təhsil haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb. Hazırda yalnız ümumi təhsil müəssisələrində oxuyanlar dərsliklərlə pulsuz təmin olunurlar. Qanuna dəyişikliklər səsvermədən sonra qəbul edilib.