• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 17.05.2019 16:11

Gəncənin səhiyyə ocaqları icbari tibbi sığortaya keçir

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Abbas Səhət adına 1 nömrəli şəhər xəstəxanasın da olub. Burada şəhər rəhbərinə tibb ocağı ilə bağlı məlumat verilib. 4 mərtəbəli olan xəstəxananın binası 2016-cı ildə əsaslı təmir edilib. Burada 11 şöbədə 500-dən artıq tibb işçisi çalışır. Bütün otaqlar lazımı tibbi avadanlıqlarla təchiz edilib. Xəstəxana Gəncə ilə yanaşı ətraf şəhər və rayonların sakinlərinə də xidmət edir. Burada müasir klinik və biokimyəvi laboratoriya, kamputer tamoqrafiya, ultrasəs müayinə aparatı, müasir endaskapik əməliyyatlar etmək üçün bütün ləmazimatlar da var. Xəstəxananın kollektivi ilə görüşdə tibb sahəsinə dövlətin göstərdiyi diqqət və qayğıdan danışılıb. Gələn il bütün ölkədə olduğu kimi Gəncədə də icbari tibbi sığortanın tətbiq ediləcəyi vurğulanıb.

Azad Quliyev - Abbas Səhət adına 1 nömrəli şəhər xəstəxanasının baş həkimi: 2020-ci ildə cənab prezidendin fərmanı ilə tibbi sığorta bütün Respublikada tətbiq olunacaqdı. Biz buna hazırıq. Tibbi sığortanın böyük üstünlükləri var. Bu üstünlüklər ondan ibarətdir ki, həm əhalinin rahatçılığı, məmnunluğu üçün şərait yaradılacaq. Eləcədə həkimlər, tibb işçiləri üçün həm maaş həm də gəlir problemi qanunu yolla həll olunacaqdı.

 

Elnur Vahidoğlu