• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2290
— 17.05.2019 16:09

Nazir və müavinləri vətəndaşlarla görüşdü

KepezTV Player

İqtisadiyyat naziri Şahin Mustafayev Tovuzda Şəmkir və Tovuz sakinlərini qəbul edib. Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və yenidən qurulması, kənd təsərrüfatı texnikasının alınmasına, məhsul satışına və ixracına, o cümlədən əlil sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, sahibkarların mülkiyyət hüququ, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, əkinçilik, quşçuluq, turizm obyektinin tikintisi, istilik avadanlıqlarının, tikinti materiallarının, mineral suların, yabanı bitkilərdən dərman istehsalı, meyvə emalı və qurudulması müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Bu gün eləcə də İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov tərəfindən Ağstafada, Sahib Məmmədov isə Gədəbəydə vətəndaşların təklif və müraciətlərini dinləyib. Ümumilikdə qəbullarda 60-a yaxın vətəndaşın müraciəti dinlənilib.