Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinin mayın sonunadək davam etməsi nəzərdə tutulur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri mart-aprel aylarında keçirilməli idi. Lakin yerlərdə vaksin ehtiyatı qaldığından bu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Apreldən indiyədək ölkədə 110 mindən çox 20-40 yaşlı şəxs qızılca-məxmərək əleyhinə peyvənd edilib. Vaxtında peyvənd edilməyən 7-10 yaşlı uşaqlar arasında da təmizləyici immunlaşdırma tədbirləri aparılıb və 14 minə yaxın uşağa vaksin vurulub. Balacaların planlı qaydada qızılca və məxmərək əleyhinə peyvənd edilməsi davam etdirilir.
- Baxış: 330