• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2110
— 17.05.2019 11:03

Sürücüsüz yarış avtomobilləri belə olacaq

Roborace yarışının təşkilatçıları sürücüsüz avtomobillərin çempionatında çıxış edəcək elektrikli bolidlərini nümayiş etdiriblər. Mövsüm artıq bu yazdan başlayacaq. Maşınlar İspaniya, İtaliya, Böyük Britaniya, Macarıstan və ABŞ traslarında çıxacaq. Yarış maşınları DevBot 2.0 adını alıblar. Yeni yarışmada bütün iştirakçılar texniki cəhətdən eyni avtomobillər sürəcəklər. Komandalara yalnız proqram hissəni dəyişmək imkanı verilir. Bununla onlar yarış trassında bolidlərinin alqoritmini dəyişməklə məşğul olacaqlar. DevBot 2.0 böyük ehtimalla ümumi at gücü 1300-ə çatan 4 elektromotorla təchiz olunacaq. Onlar “yüzü” 3 saniyəyə yığır. Roborace yarışının qaydalarına əsasən avtomobillər tamamilə sürücüsüz olacaq. İlk yarı yolu real sürücü keçəcək, ikinci yarı yol isə avtopilotun ixtiyarına veriləcək. 2019 mövsümü sınaq xarakteri daşıyacaq. Tam çempionat 2021-ci ilə planlaşdırılır.