• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 17.05.2019 11:01

Lenovo dünyada ilk elastik PK göstərdi

Çinin Lenovo şirkəti dünyada ilk elastik personal kompüterini göstərib. Güman edilir ki, belə cihazın kommersiya versiyası növbəti ildən çıxacaq. Qurğu 13,3 düymlük ekranı olan qatlanan planşetdən ibarətdir. Onu həm planşet, həm də naqilsiz klaviatura qoşmaqla personal kompüter kimi istifadə etmək olar. Yüngülcə qatlamaqla isə cihazı noutbuka çevirmək mümkündür. Belədə ekranın bir hissəsindən virtual klaviatura funksiyası kimi yararlanmaq olar. Qeyri-adi kompüterin xarakteristikası haqqında məlumat verilmir. Bilinən odur ki, aparat Windows 10 əməliyyat sistemi və Intel prosessoru ilə işləyir.