• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 16.05.2019 20:53

İctimai iaşə obyektləri normalara cavab verməlidir

KepezTV Player

Qanunsuz tikililərlə bağlı Gəncədə fəaliyyət göstərən sahibkarlar və iş adamlarına xəbərdarlıq olunub. Şəhər rəhbərliyinin sahibkarlarla növbəti görüşündə, adiyyatı dövlət qurumları və orqanları ilə razılaşdırılmayan və şəhərin ümumi arxitetur görnüşünə uyğun olmayan  tikililərə qarşı ciddi addımların atılacağı vurğulanıb.  Bu istiqamətdə mövcud olan neqativ halların o cümlədən qanuna uyğun fəaliyyət göstərən sahibkarlıq subyektlərinin normal iş prosesinə əngəl olan süni maneələrin  ən qısa müddətdə aradan qaldırılacağı diqqətə çatdırılıb. Bununla belə Park və istirahət zonalarında mövcud olan iaşə obyektlərinin norma və tələblərə cavab verəcək şəkildə xidmət göstərməsi nəzarətdə saxlanılacaq. Görüşdə sahibkarların problem və təklifləri də dinlənilib. Bir sıra məsələlərin yerindəcə həlli üçün tapşırıqlar verilib.