• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4192
— 16.05.2019 20:54

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxs olacaq

KepezTV Player

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələri (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkil ediləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliyində olan sözügedən müəssisələrin yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb hökumətə  təqdim etməlidirlər. Qərar qəbul edildiyi tarixdən iki ay müddətində həmin orqanlar tabeliklərində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrini təsdiqləməli, daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etməlidirlər. Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər də tabeliklərində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili istiqamətində anoloji addımlar atmalıdır.