• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 16.05.2019 19:56

Gəncə sakinindən Narkotik və silah aşkarlandı

KepezTV Player

Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 45 yaşlı Mehman  İbrahimov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman  286 həb sayında və ümumi çəkisi 178.5 qram  narkotik vasitə hesab edilən “Metodon” və bir ədəd soyuq silaha bənzər turist bıçaq olması müəyyən edilib.

Rauf Atakişiyev müstəntiq: Həmçinin saxlanılan şəxsin evinə baxış keçirilən zaman onun yaşadığı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış ümumi çəkisi 140 qram çəkidə narkotik vasitə hesab edilən “heroin”, digər ağacın dibində isə basdırılmış 1 ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı və 2 ədəd patron, yataq otağının mebel dəstində isə 12 qram çəkidə “metafetamin”nə oxşar psixotrop maddə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.