• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 16.05.2019 17:16

"Əylən Sən-Vaxt Sənindir!” yaz festivalı başlayıb

KepezTV Player

Gəncədə “Əylən Sən-Vaxt Sənindir!” adlı yaz festivalının açılışı olub. Festival Azərbaycan Gənclər Fondunun və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Gəncə şəhər Gənclər Evinin qarşısındakı meydanda baş tutan festivala könüllü gənclər qatılıb. Mayın 19-na kimi davam edəcək festivalın keçirilməsində məqsəd istedadı olan tələbə və gənclərin bacarıqlarının aşkar olunması və tanıdılmasını təmin etməkdir. Proqram çərçivəsində gənclər rəng festivalı, su oyunları, incəsənət fləşmob, həvəskar musiqiçilərin talant nümayişi və misiqili hissə olacaq.

Nərmin Allahverdiyeva layihə rəhbəri: Bu 5 mərhələdən ibarət idi. Biz gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün həmdə onların öz istedadlarını nümayiş etdimək üçün bu layihəni ərsəyə gətirdik. Bu layihənin üçüncü hissədir və festival halındadır.Birinci hissəsi yeni ilə ikinci hissə isə Novruz bayramına həsr olunmuşdu. Bu isə ümüncü yaz festibalıdı. Hər bir gənc hansının ki, festivalı var gəlib istedadnı nümayiş etdirə bilər.

Altun Süleymanov iştirakçı:Mən bu layihə haqqında sosial şəbəkədə məlumat əldə etdim. Gələcəyə Körpü təşkilatına müraciət elədim.Məndə burada çıxış edəcəm.

 

Elnur Vahidoğlu