• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 16.05.2019 12:32

Xəbərdarlıq: İlanların fəal dövrü başlayıb

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanların fəal dövrünün başlaması ilə əlaqədar insanları diqqətli olmağa çağırıb. Məlumata görə, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. Sürünənlərin, o cümlədən levantin gürzələrinin fəal dövrü başladığına görə insanlar diqqətli olmalıdırlar. İlanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış "sığınacaqlarda"- zirzəmilərdə, abad olmayan həyətlərdə - burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər.Çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem bazası olmasın.