• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 16.05.2019 12:35

Göygöldə iqtisadiyyatın əsas sahələrində artım müşahidə olunur

KepezTV Player

İlin ötən dövrü ərzində Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikintisi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Əsas kapitala 2 milyon 900 min manat məbləğində invenstisiya qoyulub. 208-i daimi olmaqla 405 yeni iş yeri açılıb. Əhalinin aztəminatlı təbəqəsinin sosial rifahının yaxşılaşdırılması məqsədilə 189 ailəyə ünvanlı sosial yardım təyin edilib. İcra Hakimiyyətində ilin I rübünün yekunlarına dair hesabat yığıncağında o da qeyd olunub ki, Rayon Məşğulluq Mərkəzinə müraciət edən 567 işaxtarandan 189 nəfəri münasib işlə təmin edilib. Bundan başqa 175 nəfər DOST Mərkəzi tərəfindən sosial işlərə cəlb olunub. Əhalinin proflaktik tibbi müayinəsi çərçivəsində yoxlanışdan keçən 21531 sakindən 4592-nə ambulator, 185 nəfərə stasionar müalicə təyin edilib. Yığıncaqda rayon mərkəzində və kəndlərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də danışılıb. Kəndlərarası yolların təmiri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Natiq Hüseyn