Asiyalı pedal ustaları 5 dövlətin ərazisindən keçməklə sülhü təbliğ etmək niyyətindədilər. Ötən ay yola çıxan velosipedçilər əvvəlcə Türkmənistana, ordan dəniz yolu ilə Azərbaycana keçiblər. Bakıda 10 gün qalan yürüşçülər Hacıqabul və Ucardan sonra Gəncəyə gəliblər. Müxtəlif peşə sahiblərindən formalaşan velosipedçilər qrupu gün ərzində təxminən 100 km-dən çox məsafə qət edirlər. Onlar ümumilikdə 4000 km-dən çox yol gedəcəklər.
Sadiq Cami - əfqanıstanlı velosipedçi – “Biz Əfqanıstanlı velosipdeçilərin səfərə çıxmaqda məqsədi dostluq və barış mesajı altında keçdiyimiz ölkələrdə sülhü təbliğ etməkdir. Güman edirəm ki, bizim mesajımız dünyaya çatacaq.”
Benyamin Cami - əfqanıstanlı velosipedçi – “Mən çox şadam ki, Azərbaycandayam. Çox qonaqpərvər insanlarınız var. Gəncənin dünyaca məşhur şairi Nizami Gəncəvinin yaradıcılığı haqda biz məktəbdə öyrənmişik. Bura gəlib onun məzarını ziyarət etdiyimiz üçün çox xoşbəxtik.”
Velosipedçilər Azərbaycandan sonra Gürcüstan yollanıb, oradan da Türkiyəyə keçərək yürüşlərini qardaş ölkədə başa vuracaqlar. İstanbuldan isə təyyarə ilə birbaşa ölkələrinə yola düşəcəklər.
Orxan Cəfərzadə
- Baxış: 577