• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2318
— 15.05.2019 17:05

Milli musiqimizin inkişafına töhfələr verən ansambl 50 yaşında

KepezTV Player

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Mahnı və Rəqs Ansanblının yaranmasından 50 il ötür. Bu müddət ərzində ansanbıl Azərbaycanın musiqi sənətinin inkişafında çox mühüm rol oynayıb. Neçə-neçə gənc istedada öz səhnəsində yer verən və onları böyük səhnəyə yola salan ansambl bu gün də öz fəaliyyətini uğurla davam etdirir.
 

Fikrət Verdiyev - Xalq artisti: 1938-ci ildə Gəncədə Filarmoniya açılıb. Gözəl Filarmoniya olub, gözəl rəqs qrupu yaxşı oxuyanlar olub. Qəmbər Hüseynli kimi Fikrət Əmirov kimi nəhənglər orada həmin mən işlədiyim vəzifədə bədii rəhbər olublar. Baxdım sonra yoxdu. Fikirləşdim bunu mən bacara bilərəm. Niyədə Gəncəmizdə olmasın. Gəldim yaratdım.

Ansanbl 1969-cu ildə tarzən Fikrət Verdiyev tərəfindən yaradılıb. Repertuar rəngarəngliyi, ifa bənzərsizliyi ilə fərqlənən ansanbl, ilk çıxışından tamaşaçıların rəğbətini qazanıb və sevilməyə başlanılıb.

Xanlar Əsədov - ansanbılın üzvü: Mənim 67 yaşım var. Ancaq ansanbılla 50 ildir çalışıram.Ansanbıl həmişə yüksək səviyyədə çıxışları ilə yadda qalıb.Bakıya nisbətən başqa-başqa aranjıman nömrələrlə həmişə seçilirdi.

Doğma musiqiyə vurğunluq, müntəzəm və gərgin məşqlər ansanblın peşəkarlığını artırıb. Görkəmli bəstəkarlardan Cahangir Cahangirov, Ramiz Mirişli, Emin Sabitoğlu və başqalarının ansanbıl üçün yazdığı əsərlər kollektivin şöhrətini daha da yüksəldib.

Fikrət Verdiyev - Xalq artisti: Ansanbılın 50 ildə böyük uğurları olub. Azərbaycanın ən böyük sənətkarları bu ansanbılın müşayəti ilə oxuyublar. O vaxtı Gəncədə tədbir olanda böyük bir ansanbıl yığıb gətirərdilər.Ancaq Göygöl ansanbılı yaranandan sonra deyirdilər ki, ansanbıl var. Tək gəlidirilər. Zeynəb xanımdan, Rübabə xanımdan, Şövkət xanımdan tutmuş kimlər bu ansanbılda oxumayıb.

50 il ərzində ansanbl dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. Gənc istedadları aşkara çıxararaq onlara dəstək olub.

Rövşən Məmmədov - ansanbılın solisti: 10 ilə yaxındır ki, Gəncə Dövlət Filarmoniyasının salistiyəm. Mən çox qürur hissi duyuram ki, belə bir gözəl kollektivdə işləyirəm. Fikrət müəllim bu Göygöl ansanbılının yaradıcısıdır.Fəxr edirəm ki, bu ansanbılın salistiyəm. Fikrət müəllim kimi gözəl sənətkarla çiyin-çiyinə işləyirik.

18 nəfər üzvlə fəaliyyətə başlayan Göygöl Dövlət Mahnı və Rəqs Ansanblının indi 100-ə yaxın heyəti var. Onların arasında xalq və əməkdar artistləri, əməkdar mədəniyyət işçiləri və incəsənət xadimləri var.

 

Elnur Vahidoğlu