• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 15.05.2019 16:12

Nəsimi yaradıcılığı gənclərə aşılanıb

KepezTV Player

Gəncədə Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Mənəvi Dəyərlər Sistemində İmadədin Nəsimi fenomeni adlı dəyirmi masa təşkil olunub. Ölkə prezidentinin fərmanı ilə 2019-cu ilin Nəsimi ili elan olunmasından irəli gələrək Mənəvi Dəyərlərin Təbliği Fondu respublikanın müxtəlif şəhər və rayonlarda Nəsimi yaradıcılığının təbliği istiqamətində gənclərlə görüşlər keçirir. Gəncədə baş tutan dəyirmi masaya şəhərdə fəaliyyət göstərən 3 ali məktəbdən 100-ə yaxın gənc qatılıb. Əsərləri dövlət varidatı elan edilən şarin yaradıcılığı, tədbirə qatılan ekspertlər tərəfindən ətraflı izah edilib. Onun klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsədiyi, İslam və xristianlığın əsaslarına yaxından bələd olduğu, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntq elmlərini dərindən bildiyi diqqətə çatdırılıb, mövzu ətrafında gənclərlə müzakirələr aparılıb, mənəvi dəyərləri əks etdirən sosial çarxlar nümayiş etdirilib.

Rəfi Qurbanov - Mənəvi Dəyərlərin Təbliği Fondunun direktor müavini: Bilirsiz bu gənclər kitabdan çox internetdən istifadə edirlər. Bu baxından biz düşünürük ki, mənəvi dəyərlərimizin xüsusəndə əədəbiyatımızın gənclər arasında təbliğinə böyük ehtiyyac var. Elə bu səbəbdəndi ki, auditoriyanın əsasını gənclər gənclər üzərində qururuq və müzakirələrədə gəncləri cəlb edirik ki, bizim mənəvi dəyərlərin inkişafında, qorunmasında, millli kimliyimizin formalaşmasında mühüm rol oynayan mədəni elementləri bu günki gəncliyə çatdıraq.