• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 15.05.2019 16:19

Gəncədə xalça fabriki açılacaq, sosial binalar tikiləcək

KepezTV Player

Şəhər əhalisinin sosial mənzillə təmin edilməsi məqsədi ilə çoxmənzilli binaların inşası, qəza vəziyyətində olan yataqxanalardan sakinlərin köçürülməsi məqsədilə Gəncədə yeni 4 ədəd bir bloklu, 249 mənzilli çoxmərtəbəli binadan cari ildə istifadəyə veriləcək on mərtəbəli, 60 mənzilli binanın inşası sürətləndirilib. Bu il Xalça fabrikinin tikintisinə başlamaq məqsədilə Gəncədə Mir Cəlal Paşayev və 28 May küçələrinin kəsişməsində yerləşən ərazidə “AzərXalça” MMC-yə 0,4 ha torpaq sahəsi ayrılıb,Gəncə lokomotiv deposunun inşası sürətləndirilib. Bu barədə 1-ci rübün yekunları müzakirə edilən hesabat iclasında məlumat verilib. İl ərzində şəhərdə sənaye və emal müəssisələrinin istifadəyə veriləcəyi, 35 binada 75 liftinin yenisi ilə əvəz ediləcəyi, 50 ədəd 3, 4 və 5 mərtəbəli binaların dam örtüyünün təmir olunacağı planlaşdırılır. Hesabat dövründə şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri davam etdirilib, Gəncə dotasiya almadan yerli gəlirlər hesabına öz xərclərini maliyyələşdirib. Məşğulluq Mərkəzləri tərəfindən min 485 nəfər dövlət, 11 nəfər isə qeyri-dövlət müəssisələrində işlə təmin edilib. Çıxışlarda 2019-cu ildə şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar mühüm işlər görüldüyü, qarşıda duran vəzifələrin ilin sonunadək icra ediləcəyinə əminlik ifadə edilib.