• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 15.05.2019 12:15

“Akademik Həmid Araslı - 110”

KepezTV Player

Görkəmli ədəbiyyatşünas, əməkdar elm xadimi, akademik Həmid Araslının 110 illik yubileyi Gəncədə qeyd olunub. Əhməd Cavad adına 2 saylı tam orta məktəbində ölkə prezidentinin sərəncamından irəli gələrək reallaşan “Akademik Həmid Araslı 110” mövzusundakı tədbirdə XX əsr Azərbaycanın elmi və ədəbi ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan Həmid Araslının yaradıcılığına nəzər salınıb. Həmid Araslı “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə böyük xidmət göstərib. Alimin irsində klassik ədəbiyyat məsələləri, folklorşünaslıq, mətnşünaslıq, Şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar xüsusi yer tutur. Azərbaycan elmi ictimaiyyəti Həmid Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır. Orta əsrlər Azərbaycan ədəbiyyatının bir sıra naməlum sənətkarlarının yaradıcılığı məhz Həmid Araslının axtarışları nəticəsində üzə çıxıb.