• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1907
— 15.05.2019 12:17

Peşəkar idarəçi biznesdən danışdı

KepezTV Player

Azərbaycanda müasir iqtisadi reallıqlarda biznesin tələbləri və gələcəyi dünyada idarəçəilik trendləri baxımından Gəncədə disbut edilib. Peşəkar idarəçi Fəxri Ağayev Azərbaycan dövlət Aqrar Universitetində müəllim və tələbələrlə yanaşı Gəncədə fəaliyyət göstərən menecer və marketoloqlara mövzu ətrafında ustad dərsi keçib. Azərbaycanda biznesin inkişafı, müasir idarəçilik sistemlərinin tətbiq edilməsi, ölkə məhsulları və xidmətlərinin daxili müştəriləri məmnun edəcək şəkildə istehsal və təqdim edilməsi üçün daim müxtəlif yollar və sistem üzərində işləməyin önəminə toxunulub. Çünki biznesin inkişafı ancaq sahibkarın düşüncə tərzinə bağlıdır. Şirkət sahiblərinin özlərinin maariflənməsinin vacibliyinə toxunan təlimçi sahibkarlıq və idarəçiliyin tamamilə fərqli peşələr və fəaliyyət sahələri olduğunu vurğulayıb. Güclü komandası, müştərilərlə doğru ünsiyyət quran, daim idarəçi və əməkdaşlarını gücləndirən şirkətlərin daha da güclənəcəyinə diqqət çəkən Fəxri Ağayev satıcılarını yetişdirməyən, müştərilərlə uzun müddətli və möhkəm əlaqə qurmayan, fəaliyyəti ulduzlaşmış və sistemə qarşı çıxan insanlara bağlı olan, maliyyə analizi olmayan şirkətlərin isə çökməsinin qaçılmazlığını dilə gətirib. Universitetin menecment və aqrar marketinq kafedrasının təşkilatçılığı ilə reallaşan görüş diskusiya şəraitində davam edib.