• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 15.05.2019 12:13

Oğru dəstə zərərsizləşdirildi

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olaraq aprel-may aylarında rayon ərazisində 5 nəqliyyat vasitəsini oğurlayıb sahiblərinə xeyli miqdarda maddi ziyan vuran cinayətkar dəstəni zərərsizləşdiriblər. Araşdırmalarla cinayətləri törədənlərin rayon sakinləri - Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib. Dindirilmə zamanı dəstə üzvləri törətdikləri əməli etiraf ediblər. Onların mayın 13-də oğurladıqları “Vaz 2109” markalı nəqliyyat vasitəsi ilə qəza törətdikləri də məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba RMX-na yerləşdirilib, hazırda vəziyyəti stabildir. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.